Ərdoğanın hamını sarsıdan görüntüsü: göz yaşı içində

Ərdoğanın hamını sarsıdan görüntüsü: göz yaşı içində

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Elazığda baş verən güclü zəlzələ nəticəsində ölən ana və azyaşlı qızının dəfnində iştirak zamanı çəkilən bir foto sosial şəbəkələrdə trendə çevrilib.

Axar.az xəbər verir ki, fotoda Ərdoğanın mərasim zamanı göz yaşlarını saxlaya bilmədiyi əks olunub.

Qeyd edək ki, ötən gün Elazığa gələn Prezident Ərdoğan zəlzələ zamanı ölən ana və azyaşlı övladının dəfn mərasiminə qatılmış, onların tabutunun altına girmişdi.

Elazığda 24 yanvarda 6,8 bal gücündə zəlzələ nəticəsində 38 nəfər dünyasını dəyişib, 1500-ə qədər insan xəsarət alıb.

Mənbə: axar.az