Ana yeni doğulmuş uşağını paltaryuyan maşında yudu

Ana yeni doğulmuş uşağını paltaryuyan maşında yudu

Rusiya Federasiyasının Talits şəhər sakini yeni dünyaya gəlmiş övladını paltaryuyan maşında “yuyub”. Bu barədə “E1” nəşri hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə çoxuşaqlı ailədə baş verib. Gecə vaxtı ər və üç uşaq yatdığı zaman qadının vaxtından əvvəl doğuş sancıları başlayıb. Dünyaya gətirdiyi uşağı paltaryuyan maşına atıb, işə salan qadın daha sonra iddia edib ki, övladı dünyaya ölü gəlib.

Qonşuların sözlərinə görə, mənzilə polisləri qadının həyat yoldaşı çağırıb. O, səhər durub uşaqları məktəbə və bağçaya aparmaq istədiyi vaxt həyat yoldaşını qan içində görüb.

Faktla bağlı araşdırma davam edir. Hələlik qadının bu hərəkəti hansı məqsədlə etdiyi barədə heç bir məlumat verilmir.

Mənbə: www.oxu.az