Bakıda 2 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakıda 2 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

"Neolit" restoranının yaxınlığında "KİA" və "Opel" markalı minik avtomobilləri toqquşub.

Nəticə 3 nəfər - Nağıyev Çingiz İsgəndər oğlu, Həmzəyev Həmzə Vəkil oğlu və Bürcəliyev Tural Əkrəm oğlu xəsarət alıblar.

Yaralılar 3 saylı şəhər xəstənasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Mənbə: apa.az