Ramzan Kadırovun fotokollajına görə 25 nəfər tutuldu

Ramzan Kadırovun fotokollajına görə 25 nəfər tutuldu

Ramzan Kadırovun pravoslav kahini geyimində foto kolajını yaymaqda şübhəli bilinən ən az 25 nəfər tutulub. Bu barədə Kavkaz.Realii saytı öz mənbələrinə istinadən məlumat yayıb.

Kavkaz.Realii-nin məlumatına görə, Çeçenistanın Şali şəhərində 11 nəfər, Kürçaloyevski rayonunda on nəfər və Germençuk kəndində daha 4 nəfər saxlanılıb.

Çeçenistan polisi tutulanları Şali rayonundakı Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama təcridxanasına aparıb.

Saxlanılanlarla bağlı heç bir protokol tərtib edilmədiyi, sadəcə döyüldüyü qeyd olunur. Üstəlik, onların arasında təkcə kollaj göndərənlərin deyil, alanların da olduğu vurğulanır.Azadlıq radiosu

Mənbə: pravda.az