Daha bir ölkədə koronavirus aşkarlanıb

Asiyanın cənub-şərqində yerləşən Kambocada ilk dəfə koronavirus diaqonuzu qoyulub.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Sky News” yayıb.

Kambocada ehtiyat tədbiri kimi bəzi özəl məktəblər bir neçə günlük bağlanılıb.

Xatırladaq ki, Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirus indiyə qədər ABŞ, Cənubi Koreya, Tailand, Avstaliyanın da olduğu ən az 15 ölkədə aşkarlanıb. Virusa yoluxanların sayı 2900 nəfəri keçib, ölənlərin sayı isə 81-ə çatıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Röya yeni mahnısını təqdim etdi - AUDİO

SONRAKI XƏBƏR

TAP konsorsiumu 2020-ci il üçün planlarını açıqlayıb