Çində koronavirus can almaqda davam edir

Çində koronavirus can almaqda davam edir

Çində koronavirusa yoluxanların sayı 4515-ə çatıb. Onlardan 106-sı dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Daha əvvəl rəsmi olaraq 2744 nəfərin yoluxduğu və 80 nəfərin öldüyü bildirilirdi.

Sutka ərzində 1771 yoluxma, eləcə də 26 ölüm faktı qeydə alınıb (24-ü Hubey əyalətində, biri Pekində, daha biri isə Haynan əyalətində).

Honkonqda 8, Makaoda 7, Tayvanda 5 nəfər koronavirusa yoluxub.

Mənbə: qafqazinfo.az