60 yaşlı qadın keks yemə yarışında öldü

60 yaşlı qadın keks yemə yarışında öldü

Avstraliyanın Kvensland əyalətindəki bir oteldə "Avstraliya günü" adlı bir tədbirdə "laminqton" adlı keksi qısa zamanda yemə yarışı keçirilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, yarışa qatılanlardan 60 yaşlı bir qadın keks yeyərkən özünü pis hiss edib. Hadisə yerində ürək masajı edilən qadın daha sonra xəstəxanaya aparılıb. Lakin, qadının həyatını xilas etmək mümkün olmayıb və o, həyatını dəyişib.

Otel rəhbərliyi sosial media hesabından paylaşım edərək üzüntülərini dilə gətiriblər.

Qeyd edək ki, hər il 26 yanvarda qeyd edilən "Avstraliya günü"ndə keks, tort və sosiskalı sandviç kimi qidalarla yarışlar keçirilir.

 

 

Mənbə: metbuat.az