Müttəhim məhkəmədə marixuana yandırdı, hakim "tüstüyə düşüb", qəhqəhə çəkdi

Müttəhim məhkəmədə marixuana yandırdı, hakim "tüstüyə düşüb", qəhqəhə çəkdi

ABŞ-da məhkəmə zalında maraqlı anlar yaşanıb.

Milli.Az Nyu-York Post-a istinadla xəbər verir ki, narkotik maddədən istifadə etdiyinə görə hakim qarşısına çıxarılan şəxs məhkəmə zalında marixuana çəkib.

ABŞ-ın Tennessi ştatında yaşayan 20 yaşlı Spencer Boston marixuananın leqallaşdırılması ilə bağlı hakimlə mübahisə etdikdən sonra məhkəmə zalında narkotik maddədən istifadə edib.

Tennessean yazır ki, narkotik maddənin tüstüsü yayılan kimi zaldakılar qəhqəhə çəkməyə başlayıblar. Spenser Boston məhkəmə zalından çıxarılıb. Onun məhkəməsi növbəti tarixə ertələnib.

"İndiyə qədər gördüyüm ən çılğın məhkəmə prosesi idi", - şerif Robert Bryan WTVF-a açıqlamasında söyləyib.

Qeyd edək ki, Spenser 3000 dollar ödəmək şərti ilə azadlığa çıxa bilər.

İsmayıl
Milli.Az

Mənbə: news.milli.az