ÜST koronavirusla mübarizə üçün Çinə ekspertlər göndərəcək

ÜST koronavirusla mübarizə üçün Çinə ekspertlər göndərəcək

Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusla mübarizə üçün yaxın zamanda Çinə ekspertlrə göndərəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında deyilir.

Bildirilir ki, ekspertlər çinli alimlərə yeni növ koronavirusu öyrənməkdə və ona qarşı mübarizə tədbirləri hazırlamaqda kömək edəcəklər.

Qeyd edək ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 4515 nəfər çatıb. Onlardan 106 nəfəri ölüb, 60 nəfəri isə sağalıb. Çindən əlavə yoluxma halları Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

Mənbə: az.trend.az