Balakəndə iki avtomobil toqquşub, xəsarət alanlar var

Balakəndə baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Balakən rayonu Qullar kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Qullar kənd sakini, 1991-ci il təvəllüdlü Mübariz Aydın oğlu Yetimov idarə etdiyi “Ravon Nexia R3” markalı minik avtomobili ilə rayonun Tülü kənd sakini, Fərrux Tacəddin oğlu Dabaxovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobilləri toqquşub. Nəticədə “Ravon Nexia R3” markalı avtomobildə olan sərnişin, rayonun Mahamalar kənd sakini İntiqam Məhəmməd oğlu Yekəyev və “VAZ 2106” markalı avtomobilin sürücüsü F. Dabaxov xəsarətlə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Futbolçularımız koronavirusa görə qayıtmaq istəyir - “Bilet tapmaq çətindir”

SONRAKI XƏBƏR

Firudin Qurbanov: “Çində olan tələbələrin ölkəyə gətirilməsinə çalışırıq”