Bakıda kişi küçədə söyüş söyən şəxslərlə mübahisə edən zaman bıçaqlanıb

Bakıda kişi küçədə söyüş söyən şəxslərlə mübahisə edən zaman bıçaqlanıb

Bakının Suraxanı rayonunda orta yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Bülbülə qəsəbəsində baş verib.

Bəydəmirov küçəsində iki nəfər mübahisə edib. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Nəcəfov Vüqar Rafiq oğlu küçədə yüksək səslə qeyri-etik sözləri eşidib. Buna etiraz olaraq həmin şəxslərə iradını bildirib. Lakin naməlum şəxslərdən biri V.Nəcəfovun kürəyinə bıçaqla zərbə vurub. O, huşunu itirib. Yaralı qonşularının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Mənbə: apa.az