Yaponiyadakı kruiz gəmisində koronavirusa yoluxanların sayı artıb

Yaponiyadakı kruiz gəmisində koronavirusa yoluxanların sayı artıb

Yaponiyanın Səhiyyə Nazirliyinin bazar ertəsi verdiyi məlumata görə, karantin altında olan Diamond Princess kruiz gəmisində daha 99 nəfərdə koronavus aşkarlanıb. Beləliklə virusa yoluxanların sayı 454-ə çatıb.

Nazirlik Tokio yaxınlığındakı Yokohama liman şəhərində yerləşdirilən gəmidə sərnişinlər və heyət üzərində testlər apardıqdan sonra bu məlumatı yayıb.

Gəmidə olanlar üçün 14 günlük karantin çərşənbə günü başa çatmalı idi.

Nazirlik xəbər verir ki, gəmidəki 3700 nəfər sərnişindən 1723 nəfər yoxlanılıb.

Digər tərəfdən isə gəmidə olan Amerika vətəndaşlarından 340 nəfər evakiasyia edilərək, təyyərə ilə ABŞ-a göndərilib. ABŞ Dövlət Departamenti evakuasiya edilənlərdən 14 nəfərin virusa yoluxduğu bildirilir.

Yaponiya Səhiyyə Nazirliyi bildirir ki, bu 14 nəfər kruiz gəmisində koronavusin yeni aşkar edildiyi 99 nəfər arasındadır.

Daha əvvəl virusa yoluxan ABŞ vətəndaşları isə Yaponiyadakı xəstəxanalarda müalicə altındadır.

Mənbə: www.amerikaninsesi.org