"Mənə 200 min manatdan çox ziyan dəydi"-Yanğında dükanı yanan sahibkar

"Mənə 200 min manatdan çox ziyan dəydi"-Yanğında dükanı yanan sahibkar

Bu gün "Sədərək Ticarət Mərkəzi"ndə yanğın baş verib. Sonxeber.az-ın məlumatına görə, 112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub.

Bir müddət sonra yanğın lokallaşdırılıb. Sonxeber.Az-ın müxbiri hadisə yerindədir.
"Sədərək Ticarət Mərkəzi"ndə malları yanan Zakir İsayev Sonxeber.az-a danışıb. O, bildirib ki, yanğın qısa qapanma nəticəsində baş verib. Qısa qapanma nəticəsində yaranan qığılcım malın üzərinə düşərək alışmağa başlayıb. Yanğının baş verdiyi mağazada süni dəri və yerli tekstil mallar satılırmış. Zərərçəkənin sözlərinə görə, ona təxminən 200 mindən çox ziyan dəyib. Sahibkar dükanın sığortalı olmadığını da bildirib. Mallar dükanla birlikdə sığortalanmalı idi amma sahibkarlar dükanları sığortalanmaqda maraqlı deyillər. "Biz özümüz də dükanı və malları sığortalamaq üçün cəhd etməmişik", - deyə sahibkar əlavə edib.
Yanğın baş verən ərazidə olan dükanlarda yanğın söndürən balonları işlək vəziyyətdə olub. Mağazalarda su torbaları olsa da, yaranmış tüstüdən yanğının söndürülməsində istifadə etmək mümkün olmayıb.
"Bazar rəhbərliyi də buradadır. Yəqin ki, kömək edəcəklər. Burada bəlkə də ən çox ziyan dəymiş sahibkarlardan biri də mənəm", - deyə sahibkar bildirib.

 

 

 

 

 

Mənbə: sonxeber.az