İsrail polisi Əqsa məscidi əməkdaşlarını saxladı

İsrail polisi Əqsa məscidi əməkdaşlarını saxladı

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail rejimi polisi işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhər hissəsində yerləşən Əqsa məscidi əməkdaşlarını saxlayıb.
Bu barədə Fələstin Əsirlər Mətbuat Ofisindən açıqlama verilib.
Açıqlamada Əqsa məscidinə basqın Hərəmi Şərifin içində iki nəfəri nəzarətə götürdüyü bildirilib.
Saxlanılanlardan birinin İslami Vəqflər İdarəsi Əqsa Məscidi Abadlıq İdarəsi müdiri Mühəndis Bəssam əl-Hallak, digərinin isə adıçəkilən idarənin əməkdaşı Kayid Cabir olduğu qeyd edilib.
Onların saxlanılmasının səbəbi açıqlanmayıb.

Mənbə: AA

Mənbə: eastnews.org