Türkiyədə zəlzələ nəticəsində Azərbaycana təxliyə olunan tələbələrin bir hissəsi geri dönüb - RƏSMİ

Türkiyədə zəlzələ nəticəsində Azərbaycana təxliyə olunan tələbələrin bir hissəsi geri dönüb - RƏSMİ

Təhsil Nazirliyi Türkiyədən zəlzələ nəticəsində Azərbaycana qaytarılan tələbələrin təhsilləri ilə bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan hökuməti tərəfindən Türkiyənin Elazığ şəhərində baş vermiş təbii fəlakətdən sonra orada təhsil alan azərbaycanlı tələbələr xüsusi reyslə evakuasiya edilib.

Tələbələrin bir qismi təhsillərini davam etdirmək məqsədilə geri dönüb, digərlərinin də yaxın zamanda geri dönməsi gözlənilir.

Qeyd edək ki, yanvarın 24-də yerli vaxtla sat 20.55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyədə zəlzələ zonasında olan azərbaycanlı tələbələr Naxçıvana, oradan isə təyyarə ilə Bakıya gətirilib. Təyyarə ilə Bakıya gətirilən azərbaycanlı tələbələrin sayı ümumilikdə 102 nəfər olub.

Mənbə: www.dia.az