200 avtomobil zəncirvari qəza etdi

200 avtomobil zəncirvari qəza etdi

200 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi. Qəzada 69 nəfər yaralandı.

“Ölkə.Az” CBC-yə istinadən xəbər verir ki, hadisə Kanada Monreal La-Perridə baş verib.
Yol nəqliyyat hadisəsi yüksəksürətli magistralda baş verib. Qəzaya səbəb çovğun olub. Belə ki, çovğun nəticəsində sürücülərin görmə qabiliyyəti zəiflədiyindən 200 avtomobil bir-birilə toqquşub. Qəzaya uğrayan maşının yük, benzin daşıyan maşınlar, həmçinin məktəbli avtobusu da olub. İlkin qiymətləndirməyə görə, qəzaya uğrayan 50 avtomobil tam yarasız hala düşüb. Hadisə nəticəsində qəzaya uğrayan iki nəfərin vəziyyəti ağır olaraq qalır. Qəza yerindən 150-dən çox insan çıxarılıb.

Ölkə.Az

Mənbə: olke.az