Neftçalada baş həkim də saxlanıldı - DTX TƏRƏFİNDƏN

Neftçalada baş həkim də saxlanıldı - DTX  TƏRƏFİNDƏN

Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlayıb.

FED.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov da var.

Bu barədə məlumatı unikal.org-a xəstəxanadan təsdiqləyiblər.

Mənbə: fed.az