Gizlicə qadının ətəyinin altını çəkən şəxs kameraya düşdü - VİDEO

Gizlicə qadının ətəyinin altını çəkən şəxs kameraya düşdü - VİDEO

Mexikoda küçədə çəkiliş aparan videobloqer Luisito Comunika təsadüfən mobil telefon vasitəsilə qadının ətəyinin altını çəkən şəxsi qeydə alıb.

Lenta.ru xəbər verir ki, əxlaqdan kənar davranış Opi Bello adlı “Facebook” istifadəçisi tərəfindən ictimailəşdirilib.

Sosial şəbəkə istifadəçisi şərhində bildirib ki, ətrafdakı qarışıqlıqdan istifadə edən xəstə təfəkkürlü şəxs çiyin çantasına yerləşdirdiyi telefonla əvvəldən təqib etdiyi qadının ətəyinin altını çəkir.

Opi Bello bu məlumatı yayaraq, əxlaqsız hərəkət edən şəxsin cəzalandırılmasını tələb edib.

Qeyd edək ki, sözügedən görüntü Meksikanın paytaxtında çəkilib. İnsanlar musiqiçilərin ifasını dinləyir və əylənirlər. Bu qarışıqlıqdan istifadə edən naməlum şəxs məxfi şəkildə qadının ətəyinin altını çəkir.

Mənbə: seherxeber.org