Silahlı soyğunçunu mağazadan döşəməsilənlə qovdu - VİDEO

Silahlı soyğunçunu mağazadan döşəməsilənlə qovdu - VİDEO

Polşada silahla mağazanı qarət etməyə çalışan şəxsi döşəməsilənlə qovan qadın hamını təəccübləndirib.

“İhlas” agentliyi (İHA) məlumat verir ki, hadisə mağazanın müşahidə kameraları tərəfindən qeydə alınıb.

Qarətçi silahla hədə-qorxu gəlsə də, qadın özünü itirmir və soyğunçunu mağazadan uzaqlaşdırır.

Mənbə: www.oxu.az