Ət sousunda bişmiş kartof, şaftalı cemi və dondurma... - Silsilə qətllər törədən qatilin son istəyi - FOTO

Ət sousunda bişmiş kartof, şaftalı cemi və dondurma... - Silsilə qətllər törədən qatilin son istəyi - FOTO

ABŞ-da ömürlük həbs cəzası alan daha bir məhkum edam olunub.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, ömürlük azadlıqdan məhrum edilmiş məhkum 58 yaşlı Nicholas Todd Sutton elektrikli stul vasitəsi ilə öldürülüb.

4 nəfərin ölümündə təqsirkar bilinən Sutton onun edam olunmaması barədə edilən yazılı müraciətlərə baxmayaraq, dünən axşam saat 7:26-da edam olunub.

18 yaşındaykən doğma nənəsini öldürüb, cəsədini çaya atan Sutton həbsxanada çıxan üsyan zamanı həbsxana nəzarətçilərinin həyatını xilas etdiyinə görə gözətçilər onun edam olunmamasını rica ediblər. Lakin nəzarətçilərin yazılı müraciətinə baxılmayıb.

Nənəsini öldürdükdən sonra, 1979-cu ildə iki nəfəri qətlə yetirən Sutton həbsxanada da cinayət törədib. O, 1985-ci ildə uşaq zorladığına görə həbs olunan məhkum yoldaşı Carl Estepi öldürüb.

ABŞ-ın Tenessi ştatının Neşvil şəhərindəki "Riverbend Maximum Security Institution"da edam olunan Sutton ölümündən əvvəl donuz əti, ət sousunda bişmiş kartof, şaftalı cemi və vanelli dondurma sifariş verib.

Qeyd edək ki, Tenessi ştatında ölüm hökmü ilə cəzalandırılan şəxslərə edamdan əvvəl, sadəcə, 20 dollarlıq sifariş etmək imkanı verilir.

Bəxtiyar Umarlı
Milli.Az

Mənbə: news.milli.az