Pensionerlərin yaşayış kompleksində ATIŞMA - 1 ölü, 3 yaralı

Pensionerlərin yaşayış kompleksində ATIŞMA - 1 ölü, 3 yaralı

ABŞ-ın Aydaho ştatında atışma baş verib. Day.az xəbər verir ki, insident ştatın Kolduel şəhərində pensionerlərin yaşayış kompleksində qeydə alınıb.

Məlumata görə, naməlum şəxsin kompleksdə odlu silahdan açdığı atəş nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb. Xəsarət alanlar arasında 1 nəfərin polis əməkdaşı olduğu və bütün yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Polisin yaydığı məlumata görə, gecə saatalarında yaşlı insanların yaşadığı "Portstewart Apartments" kompleksində atəş açan həmin naməlum şəxs ölü tapılıb.

Mənbə: news.day.az