Londonda sərxoş sərnişinlər stüardessanı hədələdi

Londonda sərxoş sərnişinlər stüardessanı hədələdi

Londondan Malaqaya uçan təyyarənin göyərtəsində sərxoş sərnişinlər stüardessa ilə əlbəyaxa olub.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə sərnişinlərdən biri tərəfindən çəkilərək “Twitter”də yerləşdirilib.

Mübahisə Ryanair aviaşirkətinin təyyarəsində baş verib. Görüntülərdə təyyarənin koridorunda bir neçə nəfər sıxlaşaraq uca səslərlə danışırlar.

Sərnişinləri sakitləşdirmək istəyən stüardessa isə bir kişi tərəfindən öldürüləcəyi ilə hədələnir.

Bildirilir ki, qarşıdurmaya səbəb dörd saatlıq uçuşun gecikməsi və sərnişinlərin spirtlli içkilərdən sərxoş olmaqlarıdır.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az