Oğurluq edən dəstə ələ keçdi

Oğurluq edən dəstə ələ keçdi

Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Əfəndiyev fevralın 18-də “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən

Azvision.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil şəhər ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir sakinləri A.Abdullayev, A.Əhmədov və H.Alıyev saxlanılıblar.

Mənbə: azvision.az