Sabiq müdafiə naziri 9 il müddətinə azadlıqdan məhrum edilə bilər

Sabiq müdafiə naziri 9 il müddətinə azadlıqdan məhrum edilə bilər

Prokurorluq məhkəmədən Ukraynanın sabiq müdafiə naziri Anatoli Qriçenkonun 9 il həbs cəzasına məhkum edilməsini istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.

Ukraynanın müdafiə nazirliyinin keçmiş rəhbərinin məhkəməsi Moskvanın İkinci Qərbi Dairə Hərbi Məhkəməsinin zalında baş tutur. Qriçenkonun Rusiyada terror hadisəsinə çağırışında qiyabi mühakimə olunduğuna aydınlıq gətirilir.

Prokuror bildirib ki, onun günahı məhkəmədə araşdırılan sənədlər və şahidlərin ifadələri ilə tam sübuta yetirilib.

Keçmiş nazirin vəkili günahkar olmadığını iddia edərək müvəkkilindən bəraət verilməsini istəyib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az