Seulda mitinqlər qadağan edildi – SƏBƏB koronovirus qorxusu

Seulda mitinqlər qadağan edildi – SƏBƏB koronovirus qorxusu

Seul İnzibati İdarəsi müvəqqəti olaraq kütləvi mitinqlərin keçirilməsini qadağan edib. Day.az xəbər verir ki, bu barədə brifinqdə şəhər meri Pak Von Sun deyib. O, belə bir qərarın koronovirusun yayılması təhlükəsi ilə əlaqədar qəbul edildiyini qeyd edib.

Onun sözlərinə görə, mitinqlərin Seul, Kvanxvamun və Çxonqe meydanlarında qadağan edilməsi planlaşdırılır. Şəhər meri qadağanı pozan şəxslərin 3 milyon von (təxminən 2,5 min dollar) cərimələnəcəyini də əlavə edib.

Pak Von Sun həmçinin koronovirus təhlükəsi səbəbindən Sinçxonçji kilsəsinin də ziyarətçilərin üzünə bağlı olacağını deyib.

Mənbə: news.day.az