Rusiyada ağır yol qəzası, 5 ölü - FOTO

Rusiyada ağır yol qəzası, 5 ölü  - FOTO

Rusiyanın Kalmıkiya Respublikasında beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun Rusiya Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, insident respublikanın Çernozemel rayonunun ərazisində, Komsomolski-Artezian avtomobil yolununun 25-ci kilometrliyində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində yeddi nəfər zərər çəkib. Onlardan beşi dünyasını dəyişib.

Ölənlər arasında uşaq yoxdur.

Qəzanın baş vermə səbəbləri müəyyən edilir.

 

 

Mənbə: qafqazinfo.az