Toyuqlarına yem verirdi: 15 metr dərinliyində su quyusuna düşdü - FOTOLAR

Toyuqlarına yem verirdi: 15 metr dərinliyində su quyusuna düşdü - FOTOLAR

İstanbulun Kadıköy rayonunda 15 metr dərinliyindəki su quyusuna düşən vətəndaş, xilasetmə qrupların tərəfindən qurtarılıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Yaşar Karakoç 3 mərtəbəli binanın bağçasında toyuqlara yem verdiyi zaman bağçada olan 15 metr dərinliyindəki su quyusuna düşüb.

Məhəllə sakinləri vəziyyəti polis, xilasetmə və sağlamlıq qruplarına bildirib. Hadisə yerinə gələn xilasetmə qrupları Karakoçu qurtarmaq üçün işə başlayıb. Quyuya girən xilasedici Karakoçun belinə kəndir bağlayıb. Karakoç kəndirin köməyiylə digər xilasedicilər tərəfindən quyudan çıxarılıb.

Bu zaman quyuya girən xilasedici havasızlıqdan təsirlənib. Xilasediciyə təcili yardımda müdaxilə edilib.

Yaşar Karakoç sağlamlıq qrupları tərəfindən təcili yardımla Göztepe xəstəxanasına aparılıb.

 

Mənbə: sherg.az