Koalisiya husilərin partlayıcı ilə dolu qayğını məhv etdi

Koalisiya husilərin partlayıcı ilə dolu qayğını məhv etdi

Ərəb koalisiyası bu gün Qırmızı dənizdə husilərə məxsus qayığı vurub.

Axar.az xəbər verir ki, bu barədə Ərəb koalisiyasının rəhbəri Turki Əl Maliki deyib.

“Koalisiyanın hərbi dəniz qüvvələri bu gün səhər Qırmızı dənizdə içərisi partlayıcı maddələrlə dolu olan qayıq aşkar ediblər. Qayıq dəniz nəqliyyat yolları və dünya ticarəti üçün təhlükə törədirdi. Buna görə də məhv edildi”, - Maliki bildirib.

Mənbə: axar.az