Hindistanda döyüş təyyarəsi qəzaya uğrayıb

Hindistanda döyüş təyyarəsi qəzaya uğrayıb

Hindistanda təlim zamanı döyüş təyyarəsi düşüb.

Redaktor.az xəbər verir ki, Qoa əyalətində təlim uçuşları vaxtı MİQ- 29K tipli döyüş təyyarəsi qəzaya uğrayıb.

Qəza zamanı ölən və yaralanan olmayıb. Təyyarənin pilotu paraşutla tullanaraq xilas olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: redaktor.az