Oğurluq etdiyi evdə pedofilə məxsus şəkilləri aşkarlayan oğrunun həyatı necə dəyişdi?

Oğurluq etdiyi evdə pedofilə məxsus şəkilləri aşkarlayan oğrunun həyatı necə dəyişdi?

ABŞ sakini Matthew Hahn narkotiklərə hələ yeniyetmə illərində üz tutdu. Hər şey marixuana ilə başladı, daha sonra onu sintetik narkotiklər əvəz etdi.

Narkotiklərə pul tapmaq çətinləşirdi və o, orta məktəbi buraxıb oğurluq yolunu tutmalı oldu. Beş il həbsdə qalandan sonra, 2011-ci ildə azadlığa buraxıldı.

Hahn iki ağır cinayətə görə məhkum olunub. Kaliforniya ştatının qanunvericiliyinə görə, üçüncü dəfə qanunu pozanlara qarşı ömürlük həbs cəzası tətbiq oluna bilər.

"Bir neçə il hər şey yaxşı getdi. Yaxşı işim var idi. Məktəbə getdim. Kollecə getməyə başladım. Ancaq sonra faciə baş verdi".

Hahn deyir ki, ən yaxın uşaqlıq dostu intihar edəndən sonra o, yenidən narkotik və oğurluğa üz tutdu.

"Onun öhdəsindən gələ bilmədiyim üçün həyatım yenidən alt-üst oldu."

Seyfdən istifadə olunmuş uşaq bezləri çıxdı

2005-ci ildə o, Los Gatos şəhərində oğurladığı bir seyfi evinə gətirdi. Seyfin içindən bir dəst uşaq bezləri çıxdı:

"Seyfdə başqa şeylər də var idi. Silah və fotoşəkillər saxlanılırdı. Sahibi ilə əlaqəli sənədlər də var idi".

Hanh başqa əşayalar arasında rəqəmsal kamera kartını da tapdı.

"Kartı kompüterə qoşdum. Gözlərimə inana bilmirdim. Şəkillərdə seyfin sahibi uşağa cinsi təcavüz edirdi."

Norveç həbsxanalarında sakit və dinc həyat

Vəziyyət belə idi ki, cinayətin baş verdiyinə dəlalət edən əşyaya rast gəldiyini açıq deyə bilməzdi. Əks təqdirdə ömürlük cəza riski yaranardı. Ancaq susmaq da mümkün deyildi.

Hahn kamera kartını pul kisəsinə qoydu. Onun üstünə "Xahiş edirəm bu heyvanı küçələrdən yığışdırın" yazaraq, seyfin sahibinin adını və ünvanını əlavə edərək polisə göndərdi.

O, başına gələnləri bir qədər fərqli şəkildə anasına söylədi. Dedi ki, kamera kartını ikinci əldən alıb və oğurluq barədə xəbərləri izləməyi xahiş etdi.

Təqribən bir həftə keçmiş anası zəng vuraraq bir nəfərin həbsə alındığını dedi.

Həbsə alınan şəxs evin sahibi John Robertson Aitken idi. Kamera kartına baxan polislər Aitken-i ifadə vermək bəhanəsi ilə idarəyə çağırdılar. Hahn-a əsasən, Aitken orada ikən günahını etiraf edib.

Hahn-ın həyatı köhnə minvalla davam edirdi.

Lakin onun satdığı bir əşya hadisələrin cərəyanını dəyişdirdi. EBay-dəki əşyalardan birinin izinə düşən polis, satıcını müəyyən edə bildi. Bundan 8 ay keçmiş Hahn saxlanıldı.

"Oğluma elə ağır işgəncə verilib ki, bağırsaqları yırtılıb və ağlı qaçıb"

O, üçüncü dəfə məhkum olunmaq riski ilə üz-üzə idi. Hahn-ın əhvalatını bilən polislərdən biri soruşdu: "Yaxşı gedirdin axı, sənə nə oldu?".

"Ən azı Aitkeni sizə təslim etdim", - deyən Hahn fotoşəkilləri polisə göndərdiyini dedi.

400 illik cəza təhlükəsinə rəğmən ifadə verdi

Məhkəməni gözləyərkən prokuror ondan ifadə verməyə razı olub-olmadığını soruşdu. Məlum idi ki, sayca üçüncü cinayətin etirafı 400 illik həbs cəzası riskini yaradırdı.

Lakin Hahn çətin seçimdən yayınmadı. O, öz gələcəyini risk altına qoyaraq məhkəmə qarşısında ifadə verməyə razı oldu.

Məhkəmədə Aitken-ə 25 illik, Hahn-a isə ömürlük həbs cəzası kəsilə bilərdi. Azyaşlıya qarşı təcavüzdə şübhəliyə və oğurluğa görə yaxalanmış şəxsə verilə biləcək cəzaların fərqi ictimaiyyətin diqqətini çəkdi.

Həbsxanalarda tək növ geyim tətbiqi hansı ölkədə necədir?

İnternetdə müraciətlər yayılmağa başladı. Fikirlər müxtəlif idi. Bəziləri deyirdi ki, Hahn-a şərti cəza vermək kifayətdir. Digərləri isə, daha sərt cəzaya səsləyirdi.

Nəticədə məhkəmə öz qərarını elan etdi. Hahn 14 il həbs cəzası aldı. O, 7 il həbsxanada yatandan sonra buraxıldı.

Aitken və Hahn eyni həbsxanaya göndərildi. "Bizi həbsxanaya aparan avtobusda Aitken oturub qəhvəsini içirdi, mən isə əli qandalı arxada otururdum. O, mənim yaxınlıqda olduğumdan xəbərsiz idi, amma mən onu tanıdım."

Aitken və Hahn bir müddət eyni həbsxanada olublar. Lakin onlar ayrı-ayrı yerlərdə qalıb və yolları heç vaxt kəsişməyib: Aitken təcridxana hissəsində, Hahn isə ümumi rejim bölməsində saxlanılıb.

Aitken hələ də həbs cəzasını çəkir.

Məhkəmə qərarlarını icra edən məmurların zorakılığı

Hahn azadlığa yeni insan kimi çıxdığını deyir. O, narkotik asılılıqdan müalicə olunduqdan sonra, daxil olduğu Kaliforniya Universitetində təhsilini başa vurub.

Hahn öz xanımı ilə birlikdə yeni ev aldığını deyir. Hazırda o, elektrik kimi yeni işə də düzəlib.

"Ən çox peşmançılığım, tanımadığım insanları incitməklə bağlıdır", - Hahn deyir.

"Əlimdən gələn ən yaxşı şey narkotik asılılığından əziyyət çəkənlərə öz hekayəmi danışmaqdır ki, başqa insanlar mənim tutduğum yoldan dönə bilsinlər".

Həmçinin oxuyun:

“Azərbaycan cəmiyyətinin ən ağrılı nöqtələrindən biri məhkəmə-hüquq sisteminin fəaliyyətidir", Altay Göyüşov

Mənbə: www.bbc.com