İtaliyada koronavirusa yoluxanların sayı 100-ə yüksəldi..

İtaliyada koronavirusa yoluxanların sayı 100-ə yüksəldi..

Koronavirus bəlası İtaliyada qorxulu rəqəmlərə çatır.

Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, ölkədə 79 yaşlı vətəndaş bu xəstəlikdən dünyasını dəyişib.

İtaliya hökuməti Lombardiya və Venetonun 12 şəhərində karantin rejimi elan edib. İnsanlara əyalətdən kənara çıxmaq və buraya daxil olmaq qəti qadağan olunub

Xəbər verildiyi kimi artıq İtaliya futbol çempionatının A seriyasının bazar gününə təyin olunan oyunları da dayandırılıb.

Şimalda yerləşən Lombardiya əyalətinin qubernatoru Attilio Fontana “Sky TG-24” kanalına verdiyi müsahibədə yoluxanların sayının 100-ü keçdiyini bildirib.

“Təkcə dünən Lombardiyada 89 yoluxma halını qeydə almışıq. Onların hamısı karantin rejiminə salınacaqlar. Bunun üçün köhnə işləməyən xəstəxanaları ən yeni avadanlıqlarla təchiz etməliyik,” - deyə dövlət rəsmisi təlaşla qeyd edib.

Lombardiyadan kənarda Veneto vilayətində 17 nəfərin bu xəstəliyə tutulduğu aşkarlanıb. Bundan başqa Emilio-Romanye və Pyemont əyalətlərində də 2 yoluxma vaqiəsi müəyyən edilib.

İtaliyanın “Spallantsani” Milli infeksiya xəstəlikləri institutundan verilən xəbərə görə, hazırda Çindən gələn evli cütlüyün müalicəsi davam etdirilir.

Qeyd edək ki, son məlumatlara əsasən 2019-cu ilin dekabrında başlayan “COVİD 19” virusu artıq 2400 insanın canını alıb.

Rubrika.Az

Mənbə: rublika.az