Qərbi Azərbaycanda zəlzələ nəticəsində yaralananların sayı 75 nəfərə çatdı

Qərbi Azərbaycanda zəlzələ nəticəsində yaralananların sayı 75 nəfərə çatdı

İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 75 nəfərə çatıb.

Bunu Xoy şəhər Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Möctabı Kamari bildirib.

Bundan əvvəl 36 nəfəri xəsarət aldığı açıqlanıb.

Qed edək ki, İran Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Müctəba Xalidi Xoy şəhərinin 25 kəndində evlərə 20-90 faiz civarında ziyan dəydiyini, bəzi evlər dağıldığını bildirmişdi.

Bizimyol.info

Mənbə: www.bizimyol.info