Cənub qonşumuz koronavirusun cəngində - ölənlərin sayı 8 oldu

Cənub qonşumuz koronavirusun cəngində - ölənlərin sayı 8 oldu

İranın bir sıra əyalətlərində təhsil müəssisələri koronavirus təhlükəsi səbəbindən bağlanıb, mədəni tədbirlər ləğv edilib, bir sıra idman yarışları isə tamaşaçılarsız keçiriləcək

İranda koronavirusa yoluxanların təsdiq olunan sayı 43-ə çatıb, bunlardan səkkizi ölüb.

Sputnik Azərbaycan -yə istinadən bildirir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur deyib.

"On beş yeni yoluxma halı qeydə alınıb, onlardan 7 nəfər Qumda, dörd nəfər Tehranda, 2-si - Gilanda, biri Mərkəzi əyalətdə, biri isə Tonekabon şəhərindədir. Təəssüf ki, bu 15 nəfərdən 3-ü dünyasını dəyişib", - K.Cahanpur IRINN telekanalının efirində deyib.

Onun sözlərinə görə, yoluxanların sayı 43-ə çatıb, bunlardan 8-i ölüb.

İlk dəfə hökumət ölkədə koronavirus yayıldığı barədə fevralın 19-da məlumat verib. Bu, şiə müsəlmanlarının ziyarətgahı olan Qum şəhərində qeydə alınıb. Tibbi işçilərinin sözlərinə görə, yoluxanların əksəriyyəti bu şəhərin sakinləri və oraya ziyarətə gedənlərdir.

Virusun ölkəyə necə düşdüyünü isə İran Səhiyyə naziri Səid Nəməki koronavirusdan ölənlərdəın birinin Çində xəstəlik yayılarkən orada səfərdə olması ilə əlaqələndirib.

İranın bir sıra əyalətlərində təhsil müəssisələri koronavirus təhlükəsi səbəbindən bağlanıb, mədəni tədbirlər ləğv edilib, bir sıra idman yarışları isə tamaşaçılarsız keçiriləcək.

Mənbə: sputnik.az