Türk ölkəsində koronavirus təhlükəsi - Açıqlandı

Türk ölkəsində koronavirus təhlükəsi - Açıqlandı

Şimali Kipr Türk Respublikasında koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxsin analizlərinin nəticəsi açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə "Star" qəzeti məlumat yayıb.

Yüksək hərarət səbəbiylə xəstəxanaya yerləşdirilən 74 yaşlı şəxsin sözügedən virusa yoluxmadığı bildirilib.

Qeyd edək ki, ötən gün Şimali Kiprdə bir nəfərin xəstəxanaya yerləşdirilməsi haqda məlumat yayılmışdı.

Mənbə: axar.az