Salyanda yanğın olub - İkimərtəbəli ev yanaraq yararsız hala düşdü

Salyanda yanğın olub - İkimərtəbəli ev yanaraq yararsız hala düşdü

Salyanda 6 otaqlı fərdi yaşayış evi, içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Hadisə Salyan şəhər Nizami küçəsində yaşayan, 76 yaşlı Məmməd Abdullayevə məxsus ikimərtəbəli evdə baş verib. Yanğın zamanı ailə üzvləri evdə olmayıblar. Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə hissəsinə məxsus yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilərək yanğın söndürülüb. Yanğının səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: www.atv.az