İranda yeni növ koronavirusdan ölənlərin sayı artıb

İranda yeni növ koronavirusdan ölənlərin sayı artıb

İranda yeni növ koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə məlumatı IRNA agentliyi yayıb.

Bildirilib ki, ölkənin 10 - Tehran, Qum, Gilan, Mazandaran, Simnan, Əlborz, İsfahan, Mərkəzi, Həmədan, Xorasan Rəzəvi əyalətlərində koronavirusa yoluxma halı təsdiqlənib.

Ümumilikdə 61 nəfərə koronavirus diaqnozu qoyulub. Bunlardan 13-ü ölüb, 3-ü isə sağalıb/Report.

Mənbə: www.mia.az