İstanbulda terror aktı cəhdinin qarşısı alınıb

İstanbulda terror aktı cəhdinin qarşısı alınıb

İstanbulda terror aktı törətməyə cəhd edən səkkiz nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, saxlanılan şəxslərin PKK terror təşkilatına üzv olduqları və saxta sənədlərlə Türkiyəyə gəldikləri bildirilir. Onların aralarında qadınlar da var.

Terrorçuların saxlanılması istiqamətində aparılan əməliyyat zamanı 10 kiloqram partlayıcı maddə və silah-sursat ələ keçirilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

AZERTAG.AZ :İstanbulda terror aktı cəhdinin qarşısı alınıb

Mənbə: azertag.az