Ana oğlunu soyuducudan yemək götürdüyünə görə kürəklə döyüb, öldürdü - FOTO

Ana oğlunu soyuducudan yemək götürdüyünə görə kürəklə döyüb, öldürdü - FOTO

Ögey oğlunu döyərək öldürən qadına hökm oxunub.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, 6 yaşlı oğlanı kürəklə döyüb öldürən qadının 18 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul olunub.

34 yaşlı Yulia Blokhina ötən ilin aprel ayında Stepan Kukin adlı ögey oğlunu soyuducudan ərzaq götürdüyünə görə döyərək öldürüb. Uşağa mətbəxə girməyə qadağa qoyan Yuliya onu cəzalandırmaq üçün döydüyünü söyləyib.

Dəhşətli hadisə Rusiyanın Voloqda vilayətində baş verib. Uşağın yarası o qədər çox olub ki, hakimin həmin xəsarətləri sadalaması 40 dəqiqə çəkib.

Məhkəmədə bildirilib ki, qadın uşağın ürəyinin getdiyini gördükdə təcili tibbi yardıma zəng edib. Hadisə yerinə gələn həkimlərin müdaxiləsinə baxmayaraq 6 yaşlı Stefanın həyatını xilas etmək mümkün olmayıb.

Emin
Milli.Az

Mənbə: news.milli.az