Sahil qəsəbəsində silsilə oğurluqla məşğul olan şəxs tutulub

Sahil qəsəbəsində silsilə oğurluqla məşğul olan şəxs tutulub

Paytaxtın Sahil qəsəbəsində silsilə oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sahil qəsəbəsindəki istinad divarlarının işıqlandırılması üçün istifadə edilmiş Bakı şəhər elektrik şəbəkəsinə məxsus 170 metr elektrik naqilini və 5 həyətyanı sahədən su qızdırıcısı, elektik naqili və inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Cavadzadə saxlanılmışdır.

 

Mənbə: olaylar.az