Zümrüd Yağmurun 3 tələbi təmin olundu - Rəsmən boşandılar

Zümrüd Yağmurun 3 tələbi təmin olundu - Rəsmən boşandılar

Yazar Zümrüd Qəhrəmanlının (Zümrüd Yağmur) həyat yoldaşı Fuad Qəhrəmanlıdan boşanma ilə bağlı iddia ərizəsinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə baş tutan prosesdə Zümrüd Yağmurun iddiası təmin olunub.

Qeyd edək ki, Zümrüd Qəhrəmanlı iddia ərizəsində nikahın pozulması, alimentin təyin edilməsi və yetkinlik yaşına çatmayan uşağının ona verilməsi barədə iddia qaldırmışdı.

O, iddia ərizəsini ötən il avqustun 1-də Abşeron rayon Məhkəməsinə təqdim edib.

Onu da qeyd edək ki, bu məhkəmə iddası qaldırılandan bir neçə gün sonra Fuad Qəhrəmanlı Zümrüd Yağmuru döyüb, ona işgəncə verib.

Xatırladaq ki, Fuad Qəhrəmanlı AXCP sədrinin müavinidir.

 

Mənbə: teleqraf.com