Kişi avtomatla arvadını, qaynını və qaynanasını güllələyib özünü də vurdu AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ

Kişi avtomatla arvadını, qaynını və qaynanasını güllələyib özünü də vurdu AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

BAKU.WS-in eksklüziv məlumatına görə, Masallı rayon, Təzəkənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qaynanasını güllələyib.

Daha sonra əlindəki silahla özünə atəş açıb.

Hadisə zamanı hadisəni törədən şəxsin həyat yoldaşı və qaynı yerindəcə keçinib. Qaynanasının vəziyyəti isə ağırdır.

Hadisəyə həyat yoldaşının ondan boşanmaq istəməsi olub. Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş.

Mənbə: baku.ws