Koronavirus bu qitəyə də çatdı

Koronavirus bu qitəyə də çatdı

Braziliyda koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Day.Аz xəbər verir ki, bununla da COVID-19 Cənubi Amerika qitəsinə də bulaşmış olub.

Virusa yoluxan şəxsin 61 yaşlı Braziliya vətəndaşı olduğu bildirilir. O, 12 gün sürən İtaliya səfərindən sonra qayıdıb. Koronavirusla bağlı testin nəticəsi müsbət çıxıb.

Qeyd edək ki, son məlumata görə, dünyada bu virusa yoluxanların sayı 80 mini keçib, 2 mindən çox nəfər isə ölüb.

Mənbə: news.day.az