Koronavirus daha üç ölkəyə sıçradı

Koronavirus daha üç ölkəyə sıçradı

Çinin Vuhan şəhərində ortaya çıxan koronavirus Yunanıstan, Əlcəzair və Omana da sıçrayıb.

Primetime.az xəbər verir ki, bu barədə ölkələrin Səhiyyə Nazirliklərindən məlumat verib. Məlumata görə, Yunanıstanda 38 yaşlı bir qadında, Əlcəzairdə 1 nəfərdə, Omanda isə 4 nəfərdə virus aşkar edilib.

Qeyd edək ki, Çində Kovid-19 epidemiyası nəticəsində 2765 nəfər həyatını itirib.

Mənbə: primetime.az