Bakıda üç avtomobil toqquşdu...ölən və yaralılar var

Bakıda üç avtomobil toqquşdu...ölən  və yaralılar var

Bakıda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb. Üç avtomobil toqquşub, avtomobillərdən biri gölə düşüb.

TƏBİB-dən APA-ya bildirilib ki, qəza nəticəsində iki qadın ölüb, bir kişi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Mənbə: apa.az