Şəmkirin icra başçısından şikayət var: "Özümü qatarın altına atacağam"

Şəmkirin icra başçısından şikayət var: "Özümü qatarın altına atacağam"

İndicə Şəmkirin Qaralar kəndindən Aynurə adlı xanım - 3 uşaq anası zəng etmişdi. İcra başçısı Alimpaşa Məmmədov və onun yerlərdəki qoçu dəstələrindən - vəzifəli, səlahiyyətli icraçılarından gileylənir.

Aynurə xanımın üç uşağı var. Nə həyat yoldaşı işləyir, nə də özü. Sosial yardım istəyir amma düzələ bilmir. Daha doğrusu, məmurlar get-gələ salırlar. Həyat yoldaşı əmək qabiliyyətini itirib. Evi yararsız haldadı. Qəzalı durumdadı.

Kömək istəyir. Aynurə xanım deyir ki, yerli məmurlar onu intihar həddinə çatdırıblar. "Bir gün bu üç uşağı da götürüb özümü qatarın altına atacağam" - deyir. Halını, durumunu işıqlandırmağım, ictimaiyyətləşdirməyim üçün bizə müraciət etdiyini söylədi.

Dəfələrlə Şəmkir İcra Hakimiyyətində, başçının qəbulunda olduğunu, amma hər dəfə söz verib vədlərinə əməl etmədiklərini söylədi. Onu da deyir ki, böyük oğlu Tunar (məktəblidir, 11 yaşı var) müalicə almalıdır. Onun üçün də pul lazımdır. Uşaq da əlaçıdır. Qapısını döydüyü ünvanlardan isə heç bir mədəd görməyib.

Mənbə: qaynarinfo.az