Cəlilabadda yük və minik avtomobilləri toqquşdu

Cəlilabadda yük və minik avtomobilləri toqquşdu

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində sürücülərdən biri xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az