Hacıqabulda avtomobil aşdı, xəsarət alanlar var - FOTO

Hacıqabulda avtomobil aşdı, xəsarət alanlar var - FOTO

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az