Zaqatalada minik avtomobili yanıb - FOTO

Zaqatalada minik avtomobili yanıb - FOTO

Zaqatalada minik avtomobili yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib. Kənd sakini Polad Şixamirovun idarə etdiyi “VAZ 2109” markalı minik avtomobili qəfildən alışıb.
Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tam yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az