Bakıda sərnişinlə dolu avtobus qırmızıda keçdi – VİDEO

Bakıda sərnişinlə dolu avtobus qırmızıda keçdi – VİDEO

Bakıda bir çox marşrut avtobuslarının qanunlara əhəmiyyət verməməsi, sürücülərin özbaşınalığı, sərnişinlərin həyatını təhlükəyə atılması adi hala çevrilib.

News24.az-ın məlumatına görə, daha bir avtobus özbaşınalığı Qara Qarayev prospektində kameralara düşüb. 44 saylı marşrut avtobusu svetaforu qırmızı işıqda keçib. Sürücü avtobusun sərnişinlə dolu olmasına baxmayaraq onların həyatını təhlükəyə atıb və qaydalara əhəmiyyət verməyərək qadağan edilmiş şəraitdə yoluna davam edib. Həmin görüntüləri təqdim edirik.

Mənbə: news24.az