Ana 2 yaşlı qızını suda boğaraq öldürdü - FOTOLAR

Ana 2 yaşlı qızını suda boğaraq öldürdü - FOTOLAR

ABŞ-da dəhşətli hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkda yaşayan Lin Li adlı qadın 4 il öncə 2 yaşlı qızını tez-tez özünü islatdığı üçün başını suya salaraq öldürüb. Qatil ananın bu hadisədən bir gün öncə 4 yaşlı oğlunu da bu şəkildə öldürməyə cəhd etdiyi məlum olub.

18 il müddətinə azadlıqdan məhrum edilən Çin əsilli qadın "Qızımı öldürdüyüm üçün çox peşmanam. Onun ölümü mənə çox pis təsir edir. Bir səhv etdim" sözlərini deyib. Məhkəmə həmçinin həbs olunan qadının dövlət tərəfindən qorunan oğlu ilə görüşməsini 16 yaşına qədər qadağan edib.

Mənbə: www.unikal.org